[b]Superkubokda 4-cü uğur - VİDEO[/b]
14.08.2017 - 14:35
[b]Superkubokda 4-cü uğur - VİDEO[/b]

İtaliya Superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “Yuventus” və “Latsio” arasında keçirilən qarşılaşmada qələbəni ikincilər bayram ediblər.

 

Belə ki, matç “Latsio”nun 3:2 hesablı qalibiyyəti ilə nəticələnib. Turinlilərin heyətində Paulo Dibala, “Latsio”da isə Çiro İmmobile dubl edib.

 

Oyunda yekun nəticəni müəyyənləşdirən qola isə Alessandro Murdja imza atıb.

 

Beləliklə, “Latsio” tarixində 4-cü dəfə İtaliya Superkubokunun qalibi olub. 

0