[b]PFL “Kəpəz”in xahişini yerinə yetirdi[/b]
19.09.2017 - 16:50
[b]PFL “Kəpəz”in xahişini yerinə yetirdi[/b]

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayaraq, Azərbaycan Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda təmir işlərinin getdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan qurum qarşı tərəfin istəyini yerinə yetirib.


Nəticədə “Kəpəz” – “Səbail” matçının sentyabrın 23-də “Dalğa Arena”da keçirilməsi qərara alınıb.

VI turda meydan sahibi kimi “Səbail”, bu komandaların iştirakı ilə ikinci dövrənin matçında isə meydan sahibi kimi “Kəpəz” təsdiq edilib.  

0