[b]“Onlar haqda danışmaq istəmirəm” – Rail Məlikov[/b]
23.09.2017 - 00:01
[b]“Onlar haqda danışmaq istəmirəm” – Rail Məlikov[/b]

Ötən tur “İnter”lə oyunu buraxan, bu dəfə əsas heyətdə meydana çıxan “Sumqayıt”ın təcrübəli futbolçusu Rail Məlikov da komandasının böyükhesablı yenilgisinə mane ola bilməyib. Oyundan sonra müdafiəçi apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Fasiləyə qalib yollandığınız oyunun ikinci hissəsində nələr baş verdi?

- “Qarabağ”a qarşı oynayırdıq. Hansı ki, rəqibimiz Premyer Liqanın lideridi. Ağır olacağını bilirdik. Bu gün meydana 5 müdafiəçi ilə çıxmışıdıq. Məqsədimiz az qol buraxmaq və müdafiədən hücuma qoşulmaq idi. Birinci hissədə istəyimizi reallaşdıra bildik. Amma fasilədən sonra anlaşılmazlıq oldu. Baş verənləri kiminsə üzərinə yıxmaq istəmirəm. Kənardan hər şey görünürdü. Fakt odur ki, ikinci hissə bizim üçün uğursuz alındı.

 

- Hakimlər oyunun nəticəsinə nə dərəcədə təsir etdi?

- Onlar haqda danışmaq istəmirəm. Nəyin necə olduğunu hamı gördü. Uduzmuşuq, əlavə nəsə demək, söyləmək istəmirik.

 

- Demək olarmı, siz oyunu “İnter”lə qarşılaşmadan sonra uduzmusunuz. Çünki əksər komanda yoldaşlarınız müqavimət göstərmək haqda düşünürdü, qələbə qazanacağnıza inanmırdılar...

- Açığı, həmin müsahibələri oxumamışdım, fikirlə tanış deyiləm. Uduzmaq üçün meydana çıxmamışdıq. Hər oyuna rəqibə uyğun olaraq meydana çıxır, taktiki mübarizə aparırıq. Hazırlığımız da fərqli olur. “İnter”ə qarşı keçirdiyimizlə bu matçı eyniləşdirmək olmaz. Hər görüşün öz hazırlığı var.

 

- Komanda yoldaşlarınız deyirdi ki, “Qarabağ”la oyuna ən yaxşı halda müqavimət göstərməyə çıxacağıq…

- Niyə müqavimət? Biz qələbə qazanmaq üçün mübarizə apardıq.

0