[b]FİVB-dən Azərbaycana növbəti etimad[/b]
20.10.2017 - 12:39
[b]FİVB-dən Azərbaycana növbəti etimad[/b]

Sabah Bakıda voleybol məşqçilərinin seminarı öz işinə başlayacaq. Apasport.az saytının məlumatına görə, seminarda iştirak edəcək mütəxəssislər FİVB-nin I dərəcəli məşqçi sertifikatına yiyələnəcəklər.


Tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə əməkdaşlığı ilə keçiriləcək. Seminar FİVB tərəfindən göndərilən türkiyəli mütəxəssis Nejat Sancak tərəfindən aparılacaq. Beynəlxalq qurumun növbəti etimadı əsasında baş tutacaq kurslarda 31-ə yaxın məşqçinin iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, AVF seminarın keçirilməsi üçün texniki tərəfdən köməklik edəcək.

 

0