[b]Danimarkanın qəhrəmanına nəhənglərdən təklif[/b]
16.11.2017 - 18:37
[b]Danimarkanın qəhrəmanına nəhənglərdən təklif[/b]

“Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksen karyerasını başqa ölkədə davam etdirə bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 25 yaşlı futbolçu 2 klubun transfer gündəmindədi.

 

Belə ki, “Barselona” və “Yuventus” London təmsilçisinin aparıcı simalarından olan Erikseni heyətlərinə qatmaq fikrinə düşüblər. Hər iki klub onu mövsümün sonunda transfer etmək niyyətindədi. Həm “Barsa”, həm də “Yuve” dünya çempionatının startına qədər bu keçidi reallaşdırmaqda israrlıdı.

 

Qeyd edək ki, Danimarka yığmasının bir neçə gün əvvəl DÇ-2018-in pley-off mərhələsində İrlandiya üzərində 5:1 hesablı qələbəsinə het-triklə töhfə verən Eriksen millisini mundiala daşımaqla, ölkəsinin qəhrəmanına çevrilib.

0