[b]Təbriklər, Qol.az![/b]
17.11.2017 - 00:00
[b]Təbriklər, Qol.az![/b]

Bu gün ölkə idman mətbuatında xüsusi çəkisi olan Qol.az saytının fəaliyyətə başlamasının 9 ili tamam olur. 2008-ci il noyabrın 17-də idman-xəbər saytı olaraq oxucularla görüşə gələn Qol.az qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.


Özünəməxsus üslubu, operativliyi və dəqiqliyi ilə ötən müddət ərzində Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilən idman portalı 2009-cu ildə “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub.

 

Azərbaycan və dünya futboluna aid xəbərlərlə daim yenilənən mətbuat orqanı ara-sıra digər idman növlərinə də yer verir.

 

Gündəlik xəbərlərlə yanaşı müxtəlif layihələr, araşdırma və müəllif yazıları ilə seçilən Qol.az saytı oxucularını daim məmnun edir.

“5 Media” şirkətinin media layihələrindən biri olan sözügedən portal Azərbaycan Mətbuat Şurasının üzvüdür.


Apasport.az saytının kollektivi Qol.az saytındakı həmkarlarını 9 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

0