[b]“7 uşaq və bir o qədər də “Qızıl top” istəyirəm”[/b]
17.11.2017 - 01:54
[b]“7 uşaq və bir o qədər də “Qızıl top” istəyirəm”[/b]

Kristiano Ronaldo maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, Fransanın “Ekip” nəşrinə müsahibə verən portuqaliyalı ulduz çox uşağı olmasını arzuladığını bildirib.

 

O, “Qızıl top”larının sayı qədər uşaq istədiyini deyib: “Hələ ki oynayıram və mümkün olan bütün mükafatları qazanmaq istəyirəm. Builk arzum 5-ci “Qızıl top”u qazanmaqdır, gələn il isə 6-cı üçün mübarizə aparacam. Çox şadam ki, uşaqlarla əhatə olunmuşam. Onları çox sevirəm və həyatımı onlarsız təsəvvür edə bilmirəm. 7 uşaq və bir o qədər də “Qızıl top”um olsun istəyirəm”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl 4-cü övladı dünyaya gələn “Real”ın hücumçusu bir o qədər də “Qızı top” mükafatına sahib olub. 

0