[b]"Neftçi" – "Qəbələ" matçının biletləri satışda[/b]
18.11.2017 - 14:35
[b]"Neftçi" – "Qəbələ" matçının biletləri satışda[/b]

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qəbələ” oyununun biletləri satışa çıxarılıb. Apasport.az paytaxt klubunun saytına istinadən xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.

 

Biletləri 8-ci km stadionunun kassalarından və klubun stadionun ərazisindəki rəsmi fan-şopundan əldə etmək mümkündü.

 

Qeyd edək ki, sabah keçiriləcək oyun saat 17:00-da başlanacaq.

0