[b]FİFA prezidenti “Qarabağ” – “Çelsi” matçını izləyəcəkmi?[/b]
20.11.2017 - 16:37
[b]FİFA prezidenti “Qarabağ” – “Çelsi” matçını izləyəcəkmi?[/b]

Bakıya səfər edəcək FİFA prezidenti Canni İnfantinonun Çempionlar Liqasında (ÇL) “Qarabağ” və “Çelsi” arasında keçiriləcək matçı izləyib-izləməyəcəyi bəlli olub. Apasport.az saytının məlumatına görə, o, noyabrın 22-də baş tutacaq oyunu stadiondan seyr etməyəcək.

 

Paytaxtımıza FİFA İcraedici Futbol Sammitində iştirak etmək üçün gələcək İnfantino ertəsi gün səhər saatlarında Azərbaycanı tərk edəcək. Ali futbol qurumunun rəhbəri bu səbəbdən “Qarabağ”ın ÇL-in qrupundakı 5-ci matçını Bakı Olimpiya Stadionundan izləməyəcək.

 

Ondan fərqli, Bakıya təşrif buyuracaq digər futbol funksionerlərinin bəziləri “Qarabağ” – “Çelsi” görüşünə stadiondan baxacaq.

 

Qeyd edək ki, sabah baş tutacaq FİFA İcraedici Futbol Sammitində İnfantino ilə yanaşı, qurumun baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildi.

 

0