[b]Millinin baş məşqçisi istefa verdi[/b]
22.11.2017 - 09:37
[b]Millinin baş məşqçisi istefa verdi[/b]

Avstraliya milli komandası baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, buna Angelos Postekoğlunun istefa verməsi səbəb olub.

 

52 yaşlı mütəxəssis DÇ-2018-in final mərhələsinə çıxardığı yığmadan ayrılmağa qərar verib. 2013-cü ildən Avstraliya millisini çalışdıran yunanıstanlı mütəxəssis ardıcıl ikinci dəfə mundiala çıxardığı yığmadakı missiyasını bitmiş hesab edib: “Bu barədə çox düşündüm. İndi isə deyə bilərəm ki, Avstraliya millisindəki mərhələ mənim üçün başa çatıb. Bu komandanı öncə DÇ-2014, sonra DÇ-2018-ə çıxarmaq bir şərəf idi. Avstraliya futboluna çox şey sərf etmişəm. Amma bu səyahəti bitirməliyən. Bu ölkənin futbolu həmişə mənə əziz olacaq”.

 

Qeyd edək ki, Postekoğlunun rəhbərliyi altındakı 49 oyunda Avstraliya millisi 22 qələbə qazanıb, 12 heç-heçə edib və 15 dəfə uduzub.

0