[b]“Real”la “Atletiko”ya asan rəqib[/b]
05.12.2017 - 18:22
[b]“Real”la “Atletiko”ya asan rəqib[/b]

İspaniya kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Madrid nəhəngləri “Real” və “Atletiko” bu raundda aşağı liqa təmsilçiləri ilə görüşəcək.

 

Zinəddin Zidanın yetirmələri “Numansiya”, Dieqo Simeonenin komandası isə “Lleyda” ilə üz-üzə gələcək. “Barselona” isə Primera təmsilçisi “Selta” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 1/8 finalın ilk oyunları yanvarın 2-4-də, cavab matçları 9-11-də baş tutacaq.

 

İspaniya kuboku

1/8 final

"Atletiko" - "Lleyda"
"Kadis" - "Sevilya"
"Selta" - "Barselona"
"Espanyol" - "Levante"
"Formentera" - "Alaves"
"Las-Palmas" - "Valensiya"
"Leqanes" - "Vilyarreal"
"Numansiya" - "Real".

 

0