[b]“Qarabağ” “Atletiko”nu ziyana saldı[/b]
06.12.2017 - 20:59
[b]“Qarabağ” “Atletiko”nu ziyana saldı[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer almış Madird “Atletiko”su 1/8 finala yüksələ bilməyərək böyük maddi itki ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, xüsusilə də “Qarabağ”la oyunlarda qələbəyə həsrət qalan və 4 xal itirən “hindular” 30 milyon avro itirib.

 

Bu isə UEFA-nın maliyyə “fair-play” qaydalarına zidd olub. Aradakı maliyyə disbalansını aradan götürmək üçün Madrid təmsilçisi bir neçə oyunçusunu satmalı olacaq. İspaniya mətbuatı iddia edir ki, “Atletiko” 2-3 oyunçusunu sataraq mövcud uyğunsuzluğu aradan qaldıra biləcək.

 

Qeyd edək ki, C qrupundakı mübarizədə 6 oyundan sonra 7 xal toplayan madridlilər yalnızca “Qarabağ”ı qabaqlaya bilib. Qrupdakı ilk iki yeri isə 11 xalla “Roma” və “Çelsi” tutub. 

0