[b]Premyer Liqanın ən yaxşıları...[/b]
12.01.2018 - 15:44
[b]Premyer Liqanın ən yaxşıları...[/b]

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu və baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçular arasında “Tottenhem”in hücumçusu Harri Keyn bütün həmkarlarını qabaqlayıb.

 

Dekabrda meydana çıxdığı 6 matçda 8 dəfə fərqlənərək Alan Şirerin rekordunu yeniləyən Keyn 2017-ci ildə Premyer Liqada 39 qolla yadda qalıb.

 

Ötən ayın ən yaxşı baş məşqçisi isə “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola seçilib. Onun rəhbərliyi altında komanda ay ərzində keçirdiyi 7 matçdan 6-da qələbə qazanıb, 1-də bərabərə qalıb. Ardıcıl 4-cü dəfə Premyer Liqada ayın baş məşqçisi seçilən ispaniyalı mütəxəssis bununla yeni rekord müəyyənləşdirib.

0