[b]Qurban Qurbanov təəccüblənib: Belə gözləmirdim[/b]
17.01.2018 - 20:44
[b]Qurban Qurbanov təəccüblənib: Belə gözləmirdim[/b]

“Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissə futbolçular çox istəkli idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Antlayadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq oyununu keçirən ağdamlılar Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. Tərəflərin hərəyə iki dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib.

 

Qurbanov görüşü belə şərh edib: “Düzdü, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərmək istədi”.

0