[b]0:0-la gedib, 1:1-lə döndü[/b]
11.02.2018 - 17:21
[b]0:0-la gedib, 1:1-lə döndü[/b]

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Keşlə” - “Səbail” matçı birincilərin hücumçusu Vaqif Cavadov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın keçmiş üzvü uzun müddət sonra Azərbaycan çempionatında meydana çıxıb.

 

O, matçın 72-ci dəqiqəsində Sezar Meza Kollini əvəzləyib. Bununla da, Cavadovun 9 ay, 19 günlük həsrəti sona yetib.

 

Vaqif Premyer Liqada sonuncu dəfə ötən il aprelin 23-də, AZAL-ın heyətində “Kəpəz”ə qarşı görüşdə şans qazanmışdı. Sözügedən oyun gəncəlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

Həmin mövsümün sonunda “təyyarəçilər”dən ayrılan futbolçu uzun müddət klubsuz qalmış, nəhayət, cari mövsümün qış fasiləsində “Keşlə” ilə anlaşmışdı.

 

Bu, Cavadovun “Keşlə”yə ikinci qayıdışıdı. O, daha əvvəl 2013/14 mövsümündə paytaxt klubunda (o vaxt “İnter” adlanırdı) çıxış etmiş, sonuncu dəfə isə bu forma ilə 2014-cü ildə, mayın 12-də “Qəbələ”yə qarşı oyunda (0:0) mübarizə aparmışdı.

 

Qeyd edək ki, “Keşlə” – “Səbail” oyunu 0:0 hesabı ilə başa çatıb və Vaqif meydanda olduğu təxminən 20 dəqiqə müddətində ciddi bir şeylə yadda qalmayıb.

0