[b]Böyükağa Hacıyev dəfn olundu[/b]
16.03.2018 - 16:32
[b]Böyükağa Hacıyev dəfn olundu[/b]

Bu gün vəfat edən “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev dəfn olunub. Apasport.az saytının məlumatına görə, mərhumun dəfn mərasimində onun ailə üzvləri və qohumları ilə yanaşı, idman ictimaiyyətinin nümayəndələri də iştirak edib.

 

Hacıyev dəfn olunmaq üçün Keşlə qəbiristanlığına aparılıb. Daha sonra cənazə namazı qılınıb və onun nəşi torpağa tapşırılıb. Hacıyevin hüzr xərcini AFFA qarşılayıb.

 

Qeyd edək ki, fevralın 7-də infarkt keçirən Böyükağa Hacıyev bu gün dünyasını dəyişib.

0