[b]“İki səfər oyunu əlverişli seçimdi” – Belarus yığmasının üzvü[/b]
19.03.2018 - 17:42
[b]“İki səfər oyunu əlverişli seçimdi” – Belarus yığmasının üzvü[/b]

“Bir həftə ərzində iki səfər matçına çıxmaq bizi yormaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus yığmasının müdafiəçisi Aleksandr Martınoviç deyib.

 

31 yaşlı futbolçu yerli mətbuata açıqlamasında Azərbaycan və Sloveniya ilə keçiriləcək yoldaşlıq görüşlərini dəyərləndirib.

 

“Krasnodar”ın oyunçusunun fikrincə, həm Azərbaycan, həm də Sloveniya ilə səfərdə qarşılaşmaq onların xeyrinə olacaq: “Fikrimcə, ardıcıl iki səfər oyunu əlverişli seçimdi. Çünki bu amil bizi daha çox çalışmağa vadar edəcək. Əlbəttə ki, təlim-məşq toplanışında yalnız məşqlərlə özünü göstərməyin mümkün deyil. Oyuna hazırlıq üçün vaxt nə qədər çox olsa, bir o qədər yaxşıdı”.

 

Qeyd edək ki, martın 23-də Bakıda millimizin qonağı olacaq Belarus 4 gün sonra Sloveniya ilə Lyublyanada qarşılaşacaq.

0