Valentin Xodukin: “Azərbaycan kubokunu qazansam, bu, məşqçilik karyeramın zirvəsi olacaq”
23.05.2008 - 13:05
Valentin Xodukin: “Azərbaycan kubokunu qazansam, bu, məşqçilik karyeramın zirvəsi olacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”la oyun məşqçilik karyeramda ölkə kubokunun ikinci finalı olacaq. İlk həlledici matç 15 il öncə vətənimdə olub. Həmin vaxt Lvovun “Karpatı” klubunda çalışırdım. Ukrayna kubokunun finalında Kiyev “Dinamo”suna minimal hesabla uduzduq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. O, Azərbaycan kubokunun finalında qarşılaşacaqları “Xəzər-Lənkəran”ı təhlükəli rəqib adlandırıb: “Sürətli komandadır. Zaur Ramazanovdan hər zaman təhlükə gözləməyə dəyər. UEFA kubokuna vəsiqə qazanmağımız hələ heç nə demək deyil. Final matçına soyuqqanlı yanaşmaq olmaz. Azərbaycan kubokunu qazansam, bu, məşqçilik karyeramın zirvəsi olacaq”.
0