Türkiyəli ulduz karyerasını bitirir

Türkiyə voleybolunun ulduzu Neslihan Dəmir karyerası ilə bağlı qərarı açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın 35 yaşlı hücumçusu mövsümün sonunda voleybolla vidalaşacaq.

 

O bildirib ki, ağrılarla meydana çıxmaqdan yorulduğu üçün oyunçu karyerasını bitirməyə məcburdu: “Ağrıkəsicilərlə oynayıram. Fikrimcə, voleybol məni buraxdı. Mən hələ mübarizə aparıram. Bu növ sərhədsizdi. Uzatmayacam, bu il sondu. Həqiqətən bacarmıram. Əgər bunu bacarsam, davam edərəm. Amma ağrısız günüm yoxdu. İnşallah, Çempionlar Liqasını qazanıb, karyeramı bitirərəm”.

 

Dəmir gələcəklə bağlı hələlik planın olmamasını da deyib: “Həyatım voleyboldan ibarətdi. Edə biləcəyim söhbət də voleyboldu. Onun üçün də bu növə xidmət etməkdə israrlıyam”.

 

Neslihan karyerası ərzində “Yeşilyurt”, “Vakıfbank”, “Əczaçıbaşı” və “Qalatasaray”da oynayıb. Ölkə xaricində “Tenerife”də də çıxış edən voleybolçu “dörd böyük”dən “Fənərbaxça” formasını geyinməməsini isə həmin vaxt İspaniya klubuna verdiyi sözlə əlaqələndirib.

 

Qeyd edək ki, 2001-ci ildə millisinin şərəfini qoruyan Dəmir qitə çempionatında, həmçinin Avropa Liqasında gümüş və bürünc medallar qazanıb. O, Ağ Dəniz Oyunlarının da qalibidi. Çempionlar Liqasının, klublararası dünya çempionatının, Türkiyə çempionatının, kubokunun, Superkubokun qalibi olan voleybolçu “Top-komandalar” kubokunun da ən güclüsü olub.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10