[b]“Borussiya” baş məşqçisini dəyişir[/b]
17.04.2018 - 13:46
[b]“Borussiya” baş məşqçisini dəyişir[/b]

Dortmund “Borussiya”sı mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl atacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Peter Ştögerin fəaliyyətindən narazıdı.

 

Bundesliqanın geridə qalan turunda “Şalke”yə məğlubiyyət (0:2) “Borussiya”nı turnir cədvəlində 4-cü pilləyə yuvarladıb. Mövsümün sonunda Ştögerlə yollarını ayıracaq dortmundlular artıq yeni baş məşqçini də tapıblar. Rəhbərlik bu posta “Nitsa”nın çalışdırıcısı Lüsyen Favreni gətirmək niyyətindədi.

 

Qeyd edək ki, Lüsyen Favre Almaniyada “Herta” və Mönhenqladbax “Borussiya”sında işləyib.

0