[b]İngiltərə millisi mundiala bu heyətlə yollanacaq [/b]
18.04.2018 - 12:09
[b]İngiltərə millisi mundiala  bu heyətlə yollanacaq  [/b]

İngiltərə millisinin futbol üzrə 2018-ci il Dünya çempionatına hansı heyətlə yollanacağı hamıda maraq doğurur. Apasport.az saytının məlumatına görə, “Telegraph”da baş məşqçi Qaret Sautqeytin Rusiyada hansı futbolçulara şans verəcəyinə dair yazı yer alıb.

 

Nəşr iddia edir ki, Adam Lallana, Maykl Kin, Ceyk Livermor, Alfi Moson, Qari Kehill, Co Qomes və Nik Poup kimi isimlər yekun iştirak ərizəsindən kənar qalacaq.

 

“Telegraph”ın təxmininə görə, Sautqeyt Dünya çempionatında bu 23 futbolçunun xidmətindən istifadə edəcək:

 

Qapıçılar: Cordan Pikford, Cek Batlend, Co Hart

 

Müdafiəçilər: Kayl Uoker, Kiran Trippye, Rayan Bertrand, Denni Rouz, Erik Dayer, Con Stounz, Fil Cons, Harri Maquayr

 

Yarımmüdafiəçilər: Cordan Henderson, Cek Uilşir, Aleks Oksleyd-Çemberlen, Dele Alli, Rahim Sterlinq, Cessi Linqard, Fabian Delf, Eşli Yanq

 

Hücumçular: Harri Keyn, Ceymi Vardi, Markus Reşford, Denni Velbek

 

Qeyd edək ki, İngiltərə mundialdakı ilk matçını iyunun 18-də Volqoqradda Tunis yığmasına qarşı keçirəcək.

0