[b]Azərbaycanlı futbolçunun komandası avrokubokdan kənarlaşdırılır?[/b]
23.04.2018 - 13:23
[b]Azərbaycanlı futbolçunun komandası avrokubokdan kənarlaşdırılır?[/b]

UEFA tərəfindən “Trabzonspor”a daha bir cəza tətbiq edilə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər”in avrokuboklardan kənarlaşdırılması gündəmdədi.

 

Matuş Beronun transfer məbləğinin bir qismini “Trenkin” klubuna ödəmədiyi üçün ötən ay transfer qadağası cəzasına məruz qalan Qara dəniz təmsilçisinin başı indi də Xose Sosa məsələsində ağrıyır. Belə ki, keçən mövsümün əvvəlində 4 milyon 750 min avroya transfer olunan Sosanın keçidi üçün “Milan”ın tələb etdiyi məbləğin bir qismi ödənilməyib. Bu üzdən italyanlar FİFA-ya şikayət məktubu ünvanlayıblar.

 

Məsələyə münasibət bildirən Türkiyə klubunun vitse-prezidenti Hayrettin Hacısalihoğlu cəzalandırılacaqlarını istisna etməyib.

 

Qeyd edək ki, hazırda icarə əsasında “Qarabağ”ın formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdu və mövsümün sonunda klubuna dönməlidi.

0