[b]Çempiondan 5 rekord[/b]
13.05.2018 - 23:33
[b]Çempiondan 5 rekord[/b]

“Mançester Siti” bu gün başa çatan İngiltərə Premyer Liqasını 5 rekordla bitirib. Apasport.az saytının məlumatına görə, Pep Qvardiolanın yetirmələri yarışın tarixinə son turdakı qələbə ilə düşüb.

 

Çempionluğu xeyli əvvəldən rəsmiləşdirən mançesterlilər “Sauthempton”u 1:0 hesabı ilə məğlub edib və xallarını rekord həddə çatdırıb. 100 xal toplayan “Mançester Siti” qələbə sayı (32), səfər qələbələri (16) və qol sayında (106) da rekord vurub.

 

Qvardiolanın yetirmələrinin daha bir göstəricisi ikinci yerlə xal fərqində olub. Belə ki, onlar həmşəhərliləri “Mançester Yunayyed”i 19 xal qabaqlayıb.

0