Mourinyo Bonuççini Mançesterə gətirmək istəyir

“Milan”ın kapitanı Leonardo Bonuççi karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, “Mançester Yunayted” italiyalı futbolçunun xidmətində maraqlıdı.

 

Xüsusilə də, baş məşqçi Joze Mourinyonun Bonuççini komandasında görmək istədiyi və bu barədə rəhbərliyə müraciət ünvanladığı bildirilir.

 

Leonardo Bonuççi ötən yay Massimiliano Alleqri ilə aralarında yaşanan gərginlik səbəbindən “Yuventus”dan ayrılmış və 42 milyon avro qarşılığında “Milan”a transfer olunmuşdu.

 

Daha öncə, “Çelsi” və “Real”dan təkliflər olmasına baxmayaraq, Bonuççi oğlunun sağlamlıq problemlərinə görə İtaliyadan ayrılmamaq qərarına gəlmişdi.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10