Kaka Milandan getmək istəmir
09.09.2008 - 18:20
Kaka Milandan getmək istəmir
Bakı. Mehman Süleymanov - APA-Sport. Braziliyalı futbolçu Kaka “Milan”ı İngiltərənin “Mançester Siti” klubuna dəyişmək istəmir. “APA-Sport”un məlumatına görə, Britaniyanın ən zəngin komandalarından birinin sahibi dəyişəndən sonra əsas hədəfi sayılan Kakanın agenti müştərisi ilə bağlı ehtimal irəli sürüb. Onun sözlərinə görə, futbolçunun “Mançester Siti”yə keçidi bir neçə ildən sonra baş tuta bilər və bu, həmin komanda Çempionlar Liqasında iştirak edəcəyi halda reallaşacaq. Braziliya yığmasının da lideri olan Kaka isə bildirib ki, “Milan” onu xidmətində maraqlı olmayanadək klubda qalacaq: “Milanı tərk etməyə hazırlaşmırdım. Heç indi də belə fikrim yoxdur. Komandadan yalnız məni satacağı halda gedərəm. Bu yay güclü transferlər həyata keçirmişik. “Milan” bütün fikrimi və vaxtımı əhatə edir. O, mənim həyatımdır”.
Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu seçilən Kakanın “Milan”la 2013-cü ilə qədər müqaviləsi var.
0