Gürcüstan futbol yığması Bakıya gəlir
06.10.2008 - 12:32
Gürcüstan futbol yığması Bakıya gəlir
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) Gürcüstan yığması ilə yoldaşlıq görüşünün hazırlığına başlayıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə oktyabrın 16-dək davam edəcək təlim-məşq toplanışına 19 futbolçu çağırıb.

Yığmaya dəvət alanlar Osman Umarov, Səlahət Ağayev, Novruz Məmmədov, Zahid Quliyev, Sərraf Yusifzadə, Pərviz Bayramov, Fərrux Rəhimov, Mixail Zaytsev, Şəhriyar Xəlilov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Emin Mustafayev, Amid Quluzadə, Orxan Həsənov, Elvin Musazadə, Mirhüseyn Seyidov, Məhəmməd Qurbanov, Murad Qurbanov və Ramil Rəhimzadədir. Milli komandamız təlim-məşq toplanışı çərçivəsində Gürcüstanla iki dəfə qarşılaşacaq (8 və 10 oktyabrda). Hər iki görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, təlim-məşq toplanışı və yoxlama matçları U-19 üçün Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Vahabzadənin komandası qitə birinciliyinin təsnifat oyunlarında oktyabrın sonlarında iştirak edəcək.
0