Nə irəli, nə də geri
12.10.2008 - 01:11
Nə irəli, nə də geri
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə 2010-ci il dünya çempionatının seçmə qrup mərhələsində 3-cü turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, Avropada 24 oyun baş tutub.

Turun ən gözlənilməz nəticəsi Farer adalarında qeydə alınıb. “Cırtdan ölkə”nin təmsilçiləri son Avropa çempionatının təşkilatçılarından biri Avstriya yığmasını büdrədiblər. Məğlubiyyətdən güclə yaxa qurtaran avstriyalılar 1 xalla kifayətləniblər.

Azərbaycan milli komandası Helsinkidə Finlandiyanın qonağı olub. Berti Foqtsun rəhbərlik etdiyi kollektiv yenə xalsız qalıb. Almaniyalı mütəxəssis yığmamızın baş məşçisi postunda keçirdiyi 7-ci oyununda (bunlardan 3-ü rəsmi matçdır) 4-cü dəfə məğlubiyyətlə üzləşib. Hazırda aktivində 1 xal olan milli komandamız əvvəlki kimi 5-ci pillədə qərarlaşıb. Yığmamız yalnız topların daha yaxşı fərqinə görə, Lixtenşteyni üstələyir. Eyni zamanda, Azərbaycan MDB ölkələri arasında 7-ci yeri tutur.

Seçmə mərhələdə növbəti turun qarşılaşmaları oktyabrın 15-nə təyin edilib. Həmin gün milli komandamız səfərdə rəsmi deyil, yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqibimiz Bəhreyn yığması olacaq.


1-ci qrup

İsveç - Portuqaliya - 0:0

Macarıstan - Albaniya - 2:0
Torqelle, 49; Yuxaş, 81.

Danimarka - Malta - 3:0
Larsen, 9; 47; Aqqer, 31 (pen.).

1.Danimarka 7 xal, 2.İsveç 5, 3.Portuqaliya 4, 4.Macarıstan 4, 5.Albaniya 4, 6.Malta 0.

Növbəti oyunlar
15 oktyabr: Portuqaliya - Albaniya; Malta - Macarıstan.


2-ci qrup

Yunanıstan - Moldova - 3:0
Xaristeas, 31; 51; Katsuranis, 40.

İsveçrə - Latviya - 2:1
Fray, 63; Nkufo, 73 - İvanov, 71.

Lüksemburq - İsrail - 1:3
Piters, 14 - Benayun, 2 (pen.); Qolan, 63, Toama, 82.

1.Yunanıstan 9, 2.İsrail 7, 3.İsveçrə 4, 4.Latviya 3, 5.Lüksemburq 3, 6.Moldova 0.

15 oktyabr: Yunanıstan - İsveçrə; Latviya - İsrail; Luksemburq - Moldova.


3-cü qrup

Polşa - Çexiya - 2:1
Brojek, 27; Blaşikovski, 53 - Fenin, 87.

Sloveniya - Şimali İrlandiya - 2:0
Novakoviç, 84; Lyubyankiç, 85.

San Marino - Slovakiya - 1:3
Selva, 45 - Şestak, 33; Kozak, 38; Karxan, 50.

1.Polşa 7, 2.Sloveniya 7, 3.Slovakiya 6, 4.Çexiya 1, 5.Şimali İrlandiya 1, 6.San Marino 0.
15 oktyabr: Çexiya - Sloveniya; Slovakiya - Polşa; Şimali İrlandiya - San Marino.


4-cü qrup

Finlandiya - AZƏRBAYCAN - 1:0
Forssell, 62 (pen.).

Almaniya - Rusiya - 2:1
Podolski, 9; Ballak, 28 - Arşavin, 51.

Uels - Lixtenşteyn - 2:0
Edvards, 42; Evans, 80.

1.Almaniya 7, 2.Uels 6, 3.Finlandiya 4, 4.Rusiya, 3, 5.AZƏRBAYCAN 1, 6.Lixtenşteyn 1.

15 oktyabr: Almaniya - Uels; Rusiya - Finlandiya.


5-ci qrup

Estoniya - İspaniya - 0:3
Xuanito, 35; Vilya, 37 (pen.); Puyol, 69.

Belçika - Ermənistan - 2:0
Sonk, 22; Fellaini, 38.

Türkiyə - Bosniya və Herseqovina - 2:1
Spahiç, 52 (avtoqol); Erdinc, 67 - Ceko, 27.

1.İspaniya 9, 2.Belçika 7, 3.Türkiyə 7, 4.Bosniya və Herseqovina 3, 5.Ermənistan 0, 6.Estoniya 0.

15 oktyabr: Belçika - İspaniya; Estoniya - Türkiyə; Bosniya və Herseqovina - Ermənistan.


6-cı qrup

Ukrayna - Xorvatiya - 0:0

İngiltərə - Qazaxıstan - 5:1
Ferdinand, 52; Kuçma, 65 (avtoqol); Runi, 77; 86; Defo, 90 - Kukeyev 68.

1.İngiltərə 9, 2.Ukrayna 7, 3.Xorvatiya 4, 4.Belarus 3, 5.Qazaxıstan 3, 6.Andorra 0.

15 oktyabr: Belarus - İngiltərə; Xorvatiya - Andorra.


7-ci qrup

Rumıniya - Fransa - 2:2
Petre, 6; Qoyan, 17 - Riberi, 37; Qurkuff. 69.

Serbiya - Litva - 3:0
İvanoviç, 6; Krasiç, 34; Jigiç, 82.

Farer adaları - Avstriya - 1:1
Lokin, 47 - Ştrantsl, 49.

1.Serbiya 6, 2.Litva 6, 3.Avstriya 4, 4.Fransa 4, 5.Rumıniya 4, 6.Farer adaları 1.

15 oktyabr: Avstriya - Serbiya; Litva - Farer adaları.


8-ci qrup

Bolqarıstan - İtaliya - 0:0

Gürcüstan - Kipr - 1:1
Kobiaşvili, 73 - M.Konstantinu, 66.

1.İtaliya 7, 2.İrlandiya 4, 3.Bolqarıstan 2, 4.Çernoqoriya 2, 5.Cənubi Kipr 1, 6.Gürcüstan 1.

15 oktyabr: İtaliya - Çernoqoriya; Gürcüstan - Bolqarıstan; İrlandiya - Kipr.


9-cu qrup

Şotlandiya - Norveç - 0:0

Hollandiya - İslandiya - 2:0
Mateysen, 15; Huntelar, 64.

1.Hollandiya 6, 2.Şotlandiya 4, 3.Makedoniya 3, 4.Norveç 2, 5.İslandiya 1.

15 oktyabr: Norveç - Hollandiya; İslandiya - Makedoniya.





0