Məşhur idmançıların dəcəl qızları - FOTO
21.10.2008 - 13:36
Məşhur idmançıların dəcəl qızları - FOTO
Bakı - APA-Sport. Adətən məşhur idmançılar təkcə meydanda deyil, bundan kənarda da gündəmdə olurlar. Onların şəxsi həyatları müzakirə obyektivinə çevrilir, bu haqda hər bir xəbər diqqətlə oxunulur. Bəzən paparatsilər məşhur idmançıları ailə üzvləri, yaxınları və ya sevgililəri ilə birgə yaxalamaq üçün günlərlə, aylarla vaxt sərf edirlər. Fotoobyektivlərdən qaçmayan idman dünyasının populyar nümayəndələri də var. “APA-Sport” məhz belələrini diqqətə çatdıracaq. Aşağıda məşhur idman adamlarının doğma qızlarının şəkilləri təqdim olunub.

1. Dünya futbolunun canlı əfsanəsi argentinalı Dieqo Armando Maradonanın keçmiş həyat yoldaşı Klaudiyadan 2 qızı var - Canina və Dalma. Canina “Atletiko”nun futbolçusu Serxio Aqueronun həyat yoldaşıdır. Şəkildə gördüyünüz isə Maradonanın kiçik qızı Dalmadır.





2. Maradonadan fərqli, boksçu Məhəmməd Əlinin davamçısı var. Bu, onun qızı Leyla Əlidir. Leyla da atası kimi planetin ən güclü boksçusu sayılır, təbii ki, qadınlar arasında.





3. İngiltərə milli komandasının sabiq futbolçusu Pol Qaskoyn qalmaqalçıdır. “Qazza” ləqəbli Pol ya stadionda, ya barda, ya da küçədə dava salması ilə daha çox məşhurlaşıb. Onun qızı Byanka da hara gedirsə, səs-küyə səbəb olur. Çünki bu gözəlçə açıq-saçıq şəkilləri ilə populyarlıqda az qala atasını geridə qoyub.







4. “Formula-1”in prezidenti Berni Ekklstounun qızı Tamara. Elə düşünməyin ki, Tamara 78 yaşlı Ekklstounun davamçısı olacaq. Onun “Formula-1”də istifadə olunan qoruyucu dəbilqə ilə şəkil çəkdirməsi sizləri çaşdırmasın. Bu, sadəcə, simvolik xarakter daşıyır.





5. Buz meydanlarında xariqələr yaradan Ueyn Qretskinin qızı Paulina gözəllik müsabiqələrində iştirak edir. Tədbirlərin birində çəkilən bu şəkil isə yəqin ki, veteran hokkeyçinin ən fərəhli anlarının kağız üzərində həkk olan kölgəsidir.


0