Maldininin əvəzinə Sərvət
22.10.2008 - 14:04
Maldininin əvəzinə Sərvət
Bakı - APA-Sport. İtalyanın “Milan” klubu Türkiyə yığmasının və “Qalatasaray”ın müdafiəçisi Sərvət Çətini heyətinə qatmaq istəyir. “APA-Sport”un məlumatına görə, rəhbərliyin bu transferi gerçəkləşdirməkdə məqsədi mövsümün sonunda karyerasını başa vuracaq Paolo Maldinini layiqincə əvəzləməkdir.

“Milan” təmsilçiləri indiyədək Sərvətin oyununu üç dəfə İstanbulda izləyib və bəyəniblər. Dövrlərarası fasilədə isə 27 yaşlı müdafiəçinin transferi üçün “Qalatasaray”a 10 milyon avro təklif olunacaq.

Qeyd edək ki, Sərvətin “Qalatasaray”la 2010-cu ilədək müqaviləsi var.
0