Həmyerlimiz “Makkabi”nin oyununu idarə edəcək
03.11.2008 - 17:14
Həmyerlimiz “Makkabi”nin oyununu idarə edəcək
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq dərəcəli referi İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasının (EHF) kubokunun üçüncü mərhələsinin oyununa təyinat alıb. “APA-Sport”un məlumatına görə, həmyerlimiz ukraynalı həmkarı Sergey Şalla İsrailə yollanacaq.

Bu cütlük noyabrın 15-də və 16-da kişilərdən ibarət “Makkabi” və Macarıstanın “Komloi” klubları arasında keçiriləcək oyunlarda ədaləti qoruyacaqlar. Hər iki görüş Rişon Le Zion şəhərində təşkil olunacaq. Əsgərovla Şalın idarəçiliyini EHF nümayəndəsi Yavuz Daşqıran (Türkiyə) qiymətləndirəcək.
0