Dünyanın ən seksual qadını Kliçkoya məxsusdur - FOTO
26.11.2008 - 18:51
Dünyanın ən seksual qadını Kliçkoya məxsusdur - FOTO
ABŞ-ın məşhur “E” kanalı tamaşaçıları arasında keçirdiyi sorğu ilə dünyanın ən seksual qadınını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, peşəkar boks üzrə dünya çempionu Vladimir Kliçkonun sevgilisi olan Karolina Kurkova dünyanın ən seksual qadını seçilib.
Bir vaxtlar Diyeqo Velkas, Toni Şlem və Viktor Pavka ilə münasibətləri olan 24 yaşlı çexiyalı gözəlçə ötən il Avropanın ən seksual sarışını seçilmişdi. Chanel, Christian Dior, Dell, Hugo Boss, Versace kimi məşhur şirkətlərlə əməkdaşlıq edən supermodel Ancelina Coli və Şakiranı da arxada qoyub.

Seksuallığına görə ikinci yeri Leonardo di Kaprionun rəfiqəsi olan israilli Bar Rafaeli tutub. Məhşur Coli isə üçüncülüklə kifayətlənib. Sonrakı yerləri tutan Skarlett Yohansson, Penelopa Kruz, Adriana Lima və Şakira da ilk “yeddilik”də qərarlaşıb.
0