“Birlik Kuboku”nun püşkatması təxirə salındı
01.12.2008 - 18:15
“Birlik Kuboku”nun püşkatması təxirə salındı
Bu gün Rusiyanın paytaxtı Moskvada yerləşən “Futbol Evi”ndə keçirilməsi planlaşdırılan “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirinin püşkatması təxirə salınıb. Apasport.az saytının məlumatına görə, yarışın püşkü dekabrın 8-də atılacaq. Mərasimin ertələnməsi isə texniki səbəblərlə bağlıdır.

Qeyd edək ki, 2009-cu il yanvarın 17-dən 26-dək keçiriləcək turnirdə Azərbaycanın şərəfini “İnter” klubu qoruyacaq.
0