Yığmamıza iki qol vuran futbolçu “Beşiktaş”la anlaşdı
06.12.2008 - 13:29
Yığmamıza iki qol vuran futbolçu “Beşiktaş”la anlaşdı
Serbiya yığmasının futbolçusu Nikola Jiqiç karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İspaniya “Valensiya”sının 28 yaşlı hücumçusu ilə istanbullular arasında ilkin razılıq əldə olunub. “Beşiktaş” heyətindəki legionerlərdən biri Bobo ilə yollarını ayıracağını dəqiqləşdirsə, Jiqiç transfer olunacaq. İspan klubu ilə 2012-ci ilədək müqaviləsi olan futbolçu üçün türklər 5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Serbiya milli komandalarının hər iki oyununda Jiqiç yığmamızı məyus edib. Belqraddakı 0:1 hesablı məğlubiyyətimizin günahkarı olan Nikola Bakıdakı görüşdə (1:6) də komandasının qələbəsinə qolla töhfə verib.
0