“Qalatasaray”: 4 dəqiqəyə 3 qol!
07.12.2008 - 23:04
“Qalatasaray”: 4 dəqiqəyə 3 qol!
Türkiyə Superliqasında XIV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, hesabat turunun son matçı “Qalatasaray”ın böyükhesablı qələbəsi ilə yadda qalıb. Mixael Skibbenin yetirmələri səfərdə “Ankaragücü”nə qalib gəliblər - 3:0.

Hərçənd, ilk hissədə hesab açılmayıb. Fasilədən sonra təşəbbüsə yiyələnən “Cim Bom” 4 dəqiqəyə 3 qol vurub (Milan Baroş, 61; 65; Harri Kyuell, 62). Bununla da, “Qalatasaray” yarış cədvəlində 27 xalla 3-cü pilləyə yüksəlib. Ölkə çempionu lider “Trabzonspor”dan 4 xal geri qalır. İkinci pillədə isə 28 xalla “Sivasspor” qərarlaşıb.
0