Yığmamız Rusiyaya gedir
10.01.2009 - 20:43
Yığmamız Rusiyaya gedir
Yanvarın 15-də Rusiyanın Ryazan şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda 9 idmançı - Elçin Əliyev (55 kq), Hacıxan Mustafayev (60 kq), Rüstəm Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Murtuza Tağıyev (84 kq), Araz Həsənov (84 kq), Denis Mişin (96 kq), Anton Botev (120 kq) və Cəlal Bahadurov (120 kq) təmsil edəcək.
Beş gün davam edəcək turnirdə yüksək yer tutan həmvətənlərimiz fevralda Fransada keçiriləcək Dünya Kubokuna qatılacaqlar.
AzərTac
0