Türk və rus futbolçular yoldaşlıq görüşündə əlbəyaxa döyüşə çıxdılar
17.01.2009 - 00:00
Türk və rus futbolçular yoldaşlıq görüşündə əlbəyaxa döyüşə çıxdılar
Antalyada təlim-məşq toplanışı zamanı “Ankaragücü” və Rusiyanın “Tom” klubu arasında keçirilən yoxlama görüşü insident ucbatından sonadək oynanılmayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qarşılaşmanın 55-ci dəqiqəsində tomsklu futbolçu “Ankaragücü”nün ehtiyat skamyasında oturan oyunçusunu yumruqla vurub. Bundan sonra ehtiyatda olan rus futbolçular da meydana çıxdığından polis hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Jandarma qalmaqalı sakitləşdirsə də, türkiyəli futbolçular oyunu yarımçıq qoyaraq meydandan çıxıblar. Bu səbəbdən matçın baş hakimi oyunu yarımçıq dayandırıb.
0