Amerikalılar Azərbaycanı Avropa çempionatında biabır etdilər - FOTOSESSİYA
21.01.2009 - 14:12
Amerikalılar Azərbaycanı Avropa çempionatında biabır etdilər - FOTOSESSİYA
Finlandiyanın paytaxtı Helsinkidə fiqurlu konkisürmə üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı 5 idmançı təmsil edir. Emina Hacıyeva qadınların fərdi, Kristin Freyzer - İqor Lukanin və Nadine Əhməd - Brüs Porter isə rəqs cütlüklərinin proqramında qüvvəsini sınayır.

Qitə birinciliyinin startı konkisürənlərimiz üçün uğursuz alınıb. Belə ki, idmançılarımız məcburi rəqs proqramında zəif nəticə göstəriblər. Xüsusilə, ABŞ-da doğulan, daha sonra “milliləşdirilən” 24 yaşlı Nadine Əhməd və 28 yaşlı Brüs Porterin çıxışı rüsvayçı olub. Onlar 15.10 xal toplayaraq, 28 cütlük arasında sonuncu yeri tutublar. Kristin Freyzer - İqor Lukanin dueti isə 29.94 xalla 11-ci pillədə qərarlaşıb.

Bu cütlüklər sabah orijinal, yanvarın 23-də isə sərbəst proqramda bacarıqlarını nümayiş etdirəcəklər. Hər 3 proqramda göstəricilər toplandıqdan sonra yekun nəticə çıxarılacaq. Emina Hacıyevaya gəlincə, o, yanvarın 23-də mübarizəyə qoşulacaq.
0