Milli komandamız 59 000 dollarlıq turnirə qatılır
06.02.2009 - 20:03
Milli komandamız 59 000 dollarlıq turnirə qatılır
İranın Qum şəhərində yunan-Roma güləşi üzrə keçiriləcək İmam Yadigar Kuboku uğrunda yarışda mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, turnirdə 11 idmançımız çıxış edəcək.

Bunlar Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 55 kq), Anar Əsədov, Hacıxan Mustafayev, Qadir Süleymanov (hamısı 60 kq), Elşad Səfərov, Rüstəm Əliyev, Emin Əhmədov (hamısı 66 kq), Araz Həsənov, Elgiz Məmmədov (hər ikisi 84 kq) və Vüqar Mirzəyevdir (96 kq). Pəhləvanlarımızı səfərə məşqçi Zöhrab Abbasov aparacaq. Balağa Zamanov isə hakim yarışda hakim funksiyasını yerinə yetirəcək.

Fevralın 26-27-də baş tutacaq turnirin ümumi mükafat fondu 59 000 ABŞ dollarına bərabərdir. Fərdi yarışlarda qızıl medalçıya 3000, gümüş mükafatçıya 2000, bürünc medalların sahiblərinə 1000 dollar təqdim olunacaq. Komanda hesabında isə ilk “üçlüy”ə müvafiq olaraq, 5000, 3000 və 2000 dollar veriləcək.
0