MOİK-in futbolçusu: İndiyədək belə gözəl görməmişdim
19.03.2009 - 13:09
MOİK-in futbolçusu: İndiyədək belə gözəl görməmişdim
Bolqarıstan çempionu MOİK-in futbolçusu Şikoza Udodji şoka düşüb. Apasport.az saytının məlumatına görə, afrikalı hücumçu məşhur bolqarıstanlı müğənni Mariyanı gördükdə özünü itirib.

“Mara” ləqəbli xanımın şoka saldığı Şikoza sonradan dərdini komanda yoldaşları ilə bölüşüb. Qış “transfer pəncərəsi”ndə “Bakı”nın maraq dairəsində olan hücumçu müğənnini görəndə özünü itirdiyini, hətta indiyədək belə erotik varlığa rast gəlmədiyini etiraf edib: “Onun telləri ağlımı lap başımdan çıxardı. Etiraf edirəm ki, indiyədək belə gözəl görməmişdim”.
0