“Qalatasaray” – “Fənərbaxça” matçında qaydasız döyüş
12.04.2009 - 22:18
“Qalatasaray” – “Fənərbaxça” matçında qaydasız döyüş
Türkiyə Superliqasının XXVII turu çərçivəsində az öncə başa çatan “Qalatasaray” – “Fənərbaxça” matçı qalmaqalla yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Əli Sami Yen” stadionunda keçirilən görüşün son dəqiqələrində futbolçular əlbəyaxa döyüşə çıxıblar.

Oyunu idarə edən baş hakim Fırat Aydın meydan sahiblərindən Arda Turanla Əmrə Açıkı, “Fənərbaxça”dan isə Semih Şəntürklə Luqanonu qırmızı vərəqə ilə cəzalandıraraq, meydandan qovub. Prinsipial qarşılaşmada isə qalib müəyyənləşməyib. Belə ki, derbidə qapılara top vurulmayıb – 0:0.
0