“Neftçi”nin sabiq futbolçusu Fuad Yamanın komandasında
09.07.2009 - 12:19
“Neftçi”nin sabiq futbolçusu Fuad Yamanın komandasında
“Neftçi” klubunun türkiyəli sabiq futbolçusu Levent Kartop həmyerlisi Fuad Yamanın rəhbərliyi altında oynayacaq. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin yayında qısa müddətdə “Karvan”ın baş məşqçisi olan Yaman hazırda Bank Asiya birinci liqasında “Altay” komandasını çalışdırır.

Azərbaycanlı futbolçular Rəşad Sadıqov və Ramal Hüseynovla birgə “Kocaelispor”da çıxış edən Levent bir müddət rəhbərliklə danışıqlar apardı. Hətta müqavilənin maddi şərtlərində güzəştə gedən yarımmüdafiəçi “Koacelispor”dan səs çıxmayınca İzmir təmsilçisi “Altay”a müsbət cavab verib. Ancaq Kartop Yamanın yanına getməmişdən öncə sabiq klubunun transfer komitəsi ilə əlaqə saxlayaraq “Mən “Altay”a gedirəm. Söyləyəcəyiniz bir şey varmı?” soruşub. Levent həmin qurumdan “Artıq biz səninlə maraqlanmırıq” cavabını alıb və şoka düşüb: “Durumum haqda bilgi vermək üçün klubu aradım. Bu zaman mənimlə maraqlanmadıqlarını öyrəndim. Çox təəccübləndiyimi deməliyəm”.
0