Kaxaber Sxadadze: Quqlemon oynamadı, ona görə də uduzduq
09.07.2009 - 20:58
Kaxaber Sxadadze: Quqlemon oynamadı, ona görə də uduzduq
“Bir həftə əvvəl keçirilən oyundakı kimi, yenə uşaq səhvləri buraxaraq məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Avroliqanın ilkin təsnifat mərhələsinin cavab matçında “Spartak”a uduzan “bankirlər”in gürcü çalışdırıcısı bildirib ki, oyuna yaxşı başlayıb erkən qol vurdular: “Amma buraxdığımız uşaq səhvləri özünü göstərdi. Rəqib ardıcıl 2 top vuraraq hesabda irəli çıxdı. İkinci hissə başlayan kimi daha bir qol buraxdıq ki, bununla da işimiz çətinləşdi”.

Sxadadze məğlubiyyətə səbəb kimi, uruqvaylı hücumçu Quqlmonu günahlandırıb: “O oynamadı. Əvvəliki Quqlemonla indiki arasında xeyli fərq var. Səbəbini özündən öyrənəcəm. Digər tərəfdən, komandaya yeni gəlmişəm və 2-3 həftəyə hansısa möcüzə edə bilmərəm”.
0