“Ronaldo sevişəndə də güzgüyə baxırdı”
29.10.2009 - 12:18
“Ronaldo sevişəndə də güzgüyə baxırdı”
Portuqaliya yığmasının və Madrid “Real”ının yarımmüdafiəçisi Kriştianu Ronaldonun keçmiş sevgilisi Nereyda Qalyardo yenə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, ispaniyalı model 8 ay eşq macərası yaşadığı futbolçunun zəif cəhətlərindən danışıb.

“O, zahiri gözəlliyinə məndən çox düşkün idi. Hamamda çox vaxt keçirirdi. Yatağın yanında böyük bir güzgü var idi. Tez-tez özünə baxırdı, saçına sığal çəkirdi. Hətta sevişəndə də güzgüyə baxırdı. Evin hər yerində porno jurnallar və disklər var idi” - deyə Qalyardo vurğulayıb.

26 yaşlı xanım Ronaldonun daha bir paxırını da açıb: “Onun özünəinamlı duruşuna aldanmayın. Bir dəfə evə gələndə, penaltini dəqiq vura bilmədiyinə görə yanımda oturub, saatlarla hönkür-hönkür ağlamışdı”.

Qeyd edək ki, Kriştianudan ötən il ayrılan Qalyardo bir müddət öncə də çox maraqlı ifadələr işlətmişdi. O, “Ronaldo üstündə fil şəkli olan tuman geyinir. Lakin onda heç də fil gücü yoxdur. Mən bir gecədə 3-4 dəfə onunla olmaq istəyirdim. Kriştianu isə birinci dəfədən sonra yuxuya gedirdi...” deyə futbolçuya iradlarını bildirmişdi.
0