Dünyanın ən seksual idmançısı - FOTOSESSİYA
22.12.2009 - 11:43
Dünyanın ən seksual idmançısı - FOTOSESSİYA
ABŞ-ın məşhur idman saytlarından biri dünyanın ən seksual qadın idmançısını müəyyənləşdirmək üçün sorğu keçirib. Apasport.az saytının məlumatına görə, sorğuda birinci yeri serbiyalı tennisçi Ana İvanoviç tutub. Cazibədar Ana hazırda avstraliyalı tennisçi Lerri Skottla eşq macərası yaşayır.

Sorğuda ikinci pilləyə paraqvaylı atlet Lerin Franko qərarlaşıb. O, İvanoviçdən cəmi 2 səs geri qalıb. 16 yaşından etibarən nizə atma və 3 təkanla uzunluğa tullanma növləri ilə məşğul olmağa başlayan Lerin özünü podiumlarda da sınayıb. Hazırda 27 yaşı olan Franko artıq 3 ildir manekenlik edir. İdmançı 2007-ci ildə şəxsi təqvimini buraxmaqla, böyük əks-sədaya səbəb olmuşdu.

Dünyanın ən seksual idmançısı sorğusundan ilk “üçlüy”ü isə avstraliyalı velosipedçi Niki Qudeks qapayıb.
0