Robinyo stadiona vertolyotla endi - FOTO
02.02.2010 - 15:36
Robinyo stadiona vertolyotla endi - FOTO
Braziliyalı futbolçu Robinyonun “Santos”da qarşılanma mərasimi möhtəşəm alınıb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti”dən 6 aylığa icarəyə götürülən 26 yaşlı hücumçu “Vilya Belmiro” stadionuna vertolyotla enib. 15 min tamaşaçının izlədiyi tədbirdə əfsanəvi futbolçu Pele də iştirak edib. Robinyo ilk peşəkar klubu olan (2002-2005-ci illərdə) “Santos”da 7 nömrəli formanı daşıyacaq.

Mərasimdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran braziliyalı “Santos”da daha çox qala biləcəyini deyib. Bundan başqa, istedadlı hücumçu sabiq klubunu - Madrid “Real”ını tənqid atəşinə tutub: “Real”da çox dilxor idim, komandadan pis ayrıldım. Rəhbərliklə aramda böyük anlaşılmazlıqlar var idi. Klublarını sevən “Real”lılar nələr yaşadığımı qəti başa düşməzlər. “Mançester Siti”də isə heç kimlə problemim olmadı”.
0