Maradona rekordçu futbolçunu yığmaya çağırmadı
12.05.2010 - 10:19
Maradona rekordçu futbolçunu yığmaya çağırmadı
Argentina milli komandasının dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, hərəkətləri ilə həmişə diqqət mərkəzinə düşən baş məşqçi Dieqo Maradona bu dəfə açıqladığı siyahıda sürprizləri ilə yadda qalıb.

Belə ki, əfsanəvi futbolçu İtaliyanın “İnter” klubunun iki əsas yarımmüdafiəçisi - Xavyer Zanetti ilə Esteban Kambiassonu heç ilkin siyahıya da daxil etməyib. Xüsusilə, Xavyerin yığmasında oyun sayına (136) görə 1-ci yerdə getdiyini nəzərə alsaq, Argentina növbəti mundiala rekordçusu ilə getməyəcək. Maradona 30 nəfərlik siyahısına 7 hücumçu daxil edib ki, onlar arasında ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Lionel Messi ilə kürəkəni Serxio Aquerro da var.

Qapıçılar: Serjio Romero (“Alkmaar, Hollandiya), Mariano Anduxar (“Katanya”, İtaliya), Dieqo Poso (“Kolon”)

Müdafiəçilər: Nikolas Otomendi (“Veles Sarsfild”), Martin Demişelis (“Bavariya”, Almaniya), Valter Samuel (“İnter”, İtaliya), Qabriel Haytse (“Marsel”, Fransa), Nikolas Burdisso (“Roma”, İtaliya), Fabritsio Koloççini (“Nyukasl”, İngiltərə), Ariel Qars (“Kolon”), Xuan İnsaurralde (“Nyuell’s Old Boyz”), Klemente Rodriges (“Estudiantes”)

Yarımmüdafiəçilər: Yonas Qutyerres (“Nyukasl”, İngiltərə), Xuan Sebastyan Veron, Joze Sosa (hər ikisi “Estudiantes”), Xavyer Maskerano, Maksi Rodriges (hər ikisi “Liverpul”, İngiltərə), Anhel Di Mariya (“Benfika”, Portuqaliya), Xavyer Pastore (“Palermo”, İtaliya), Sebastyan Blanko (“Lanus”), Xuan Mesye (“Argentinos Xuniors”), Xesus Datolo (“Olimpiakos”, Yunanıstan), Mario Bolatti (“Fiorentina”, İtaliya)

Hücumçular: Lionel Messi (“Barselona”, İspaniya), Qonzalo İquain (“Real”, İspaniya), Karlos Teves (“Mançester Siti”, İngiltərə), Dieqo Milito (“İnter”, İtaliya), Sexio Aquerro (“Atletiko”, İspaniya), Martin Palermo (“Boka Xuniors”), Ezeqial Lavessi (Napoli”, İtaliya)
0