Güvenc Kurtar: Finala çıxacağımıza inanıram
16.04.2014 - 20:54
Güvenc Kurtar: Finala çıxacağımıza inanıram

 

“Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununun nəticəsini şərh edib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis finala çıxacaqlarına inandıqlarını bildirib: “Kubokda iki oyun olur. Bu oyunda qol vurmaq istəyirdik. İkinci hissədəki əvəzetmələr də bu məqsədlə edilmişdi, risk etdim. “Neftçi” ilk hissədə bizə oynamağa imkan vermədi. İkinci hissədə isə ötürmələrdə daha yaxşı idik, lazım olan qolu vurduq. Cavab oyununda üstünlüyümüz olacaq. İki futbolçumuz kart cəzalısı olduğu üçün cavab oyununda oynamayacaq. Premyer Liqada bazar günü oyunumuz var. Heyətimizdə cəmi 15 futbolçu var, qalanları əsasən gənc futbolçulardır. Futbolçu qol vuranda sevinə bilər, lakin bununla rəqib azarkeşləri qıcıqlandırmamalıdır. Eyni gəminin içindəyik, lazımi tədbirlər görəcəyik. Cərimə zərbələrini çox bərbad yerinə yetirdik, belə hallar adamı dəli edir”.

 

 

0