Droqba: “Çelsi”dən çox “Qalatasaray”la çempion olmaq istəyirəm
19.04.2014 - 01:54
Droqba: “Çelsi”dən çox “Qalatasaray”la çempion olmaq istəyirəm

 

“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba “GQ” jurnalına maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, hücumçu “Qalatasaray”la çempion olmağı “Çelsi” ilə çempion olmaqdan üstün tutduğunu bildirib.

 

Droqba bununla bağlı deyib: “Mən “Çelsi” ilə 3 dəfə çempionluq yaşamışam, “Qalatasaray”la isə cəmi 1 dəfə. Bu səbəbdən də, “Qalatasaray”la çempionluğu daha üstün sayıram”.

 

Hücumçu “Çelsi”dən ayrılandan sonra onun yerinin boş qaldığı barədə iddianı da rədd edib: “Orada oynaya futbolçuların kifayət etdiyini düşünürəm. Bəlkə də, çox qol vurmurlar. Amma “Çelsi”nin qələbə qazanmasına kifayət edir”.

 

 

0