[b]"Synergy Group" rəsmisi: Biz bu yarışı keçirməyi özümüzə borc bildik[/b]
20.04.2014 - 17:13
[b]"Synergy Group" rəsmisi: Biz bu yarışı keçirməyi özümüzə borc bildik[/b]

“Shamkir Chess 2014” turnirinin Təşkilat Komitəsinin sədri, "Synergy Group"da Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov jurnalistlərə açıqlamasında yarışın əhəmiyyəti barədə danışıb: "Bu yarışın keçirilməsinə əsas səbəb Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vaxtsız vəfatı oldu. Biz bu yarışı keçirməyi özümüzə borc bildik və mötəbər yarışı Vüqar Həşimovun xatirəsinə həsr etdik. Ümid edirəm ki, turnir yüksək səviyyədə keçəcək. Şəmkirə gələn bütün şahmatçılara təşəkkür edirəm".


Apasport.az saytının xəbərinə görə, Cabbarov şahmat tacının sahibi, dünya çempionu Maqnus Karlsenin turnirdə iştirakı barədə də məlumat verdi: "Maqnus Karlsen böyük həvəslə “Shamkir Chess 2014”də iştirak etməyə razılaşdı və bununla, Vüqar Həşimovun xatirəsinə yad etdi. Biz istəyirik ki, turnir ənənəvi xarakter daşısın və bunun üçün işlər görülür. Bu mötəbər turnir "Synergy Group"un şahmatda ilk addımıdır. Gələcəkdə də Azərbaycanda şahmat turnirlərinin keçirilməsini diqqətdə saxlayacayıq".

0