Güvenc Kurtar: Ən yaxşı oyunumuzu oynadıq
20.04.2014 - 18:40
Güvenc Kurtar: Ən yaxşı oyunumuzu oynadıq

“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin və “Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar Topaz Premyer Liqasın XXXI turu çərçivəsində keçirtdikləri oyunu şərh ediblər. Apasport.az saytının məlumatına görə, Syomin ilk hissədə oyunlarının yaxşı alındığını bildirib: “İki qol vurduq. İkinci hissədə isə oyunumuz yaxşı alınmadı. Topu özümüzdə daha çox saxlamağa çalışdıq, nəticədə qapımızda qol gördük”.

 

Kurtar isə özünə təsəlli verməyə çalışıb: “Məğlub olduq, amma, bu, indiyədək oynadığımız ən yaxşı oyun idi. Bir neçə qol imkanını boşa verdik. Kubokun cavab oyununu düşünərək bəzi futbolçulara istirahət verdim. Yaxşı oyuna görə komandamın hər bir oyunçusunu təbrik edirəm”.

 

 

0